AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paşinyan etiraf edib ki, 44 günlük müharibənin qarşısını almaq olardı

  • + A
  • - A
  • 27-06-2023, 11:53

    Paşinyan etiraf edib ki, 44 günlük müharibənin qarşısını almaq olardı

    Ermənistanın baş naziri Nikol Paşinyan istisna etməyib ki, əgər Ermənistan tərəfi danışıqlar zamanı tanınmamış respublikanın Azərbaycanın tərkibində qalması variantına baxmağa razılaşsaydı, 2020-ci ilin payızında Qarabağda 44 günlük müharibənin qarşısını almaq olardı. Sputnik Ermənistan yazır ki, o, bu barədə bu gün, 44 günlük müharibənin şəraitini öyrənmək üzrə komissiyanın iclasında bildirib.

    Eyni zamanda, baş nazir əlavə edib ki, danışıqlar prosesində bu və ya digər şəkildə hərbi əməliyyatların bərpası üçün səbəb ola biləcək bir neçə şərti əngəl var.

    Komissiya hökumət başçısının iştirakı ilə iclasını davam etdirir. Müzakirənin birinci hissəsi iyunun 20-də baş tutub. Açıq rejimdə başlayan görüş daha sonra videokameralar olmadan davam etdirilə bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR