ABŞ Polşaya ümumilikdə 15 milyard dollar dəyərində 48 buraxılış qurğusu, 600-dən çox raket və radar satışına icazə verib. Bu barədə Qərb mətbuatı Pentaqonun məlumatlarına istinadən xəbər verir.
ABŞ Təhlükəsizlik Əməkdaşlığı Agentliyinin (DSCA) bəyanatında deyilir ki, “Patriot” zenit-raket komplekslərinin belə satışı Polşanın raketdən müdafiəsini təkmilləşdirməyə kömək edəcək və silahların modernləşdirilməsi məqsədlərinə çatmağa xidmət edəcək.
Polşanın müdafiə naziri Mariuş Blaşçak daha əvvəl bildirmişdi ki, Varşava gələn çərşənbə axşamı ABŞ-dan ilk Abrams tanklarını alacaq. Zirehli maşınlar yük gəmilərində Szczecin-Swinoujscie limanına çatdırılacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.