AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fransada etirazlar sakitləşib

  • + A
  • - A
  • 30-06-2023, 10:33

    Fransada etirazlar sakitləşib

    “Le Figaro” qəzetinin yazdığına görə, 400 nəfərin saxlanmasından sonra Fransaya “qeyri-sabit” sakitlik qayıdıb.

    Qeyd olunur ki, cümə gecəsi məhbusların sayı 400 nəfəri keçib - hazırda istintaq təcridxanalarında 421 nəfər var.

    Hazırda arabir toqquşmalar yalnız Nanterdə baş verir, Fransanın əksər hissəsində isə “qeyri-sabit sakitlik” hökm sürür.

    Bundan əvvəl Fransanın daxili işlər naziri Cerald Darmanin etirazçılara iğtişaşlara qarşı mübarizənin gücləndirilməsi ilə bağlı xəbərdarlıq etmişdi - iyunun 30-na keçən gecə təhlükəsizliyin təmin edilməsi üçün 40 min polis əməkdaşı cəlb olunacaq.

    İyunun 27-də polis əməkdaşları Nanterre şəhərində onların tələblərini yerinə yetirməkdən imtina etdiklərini dedikləri 17 yaşlı oğlanı güllələyiblər. Günün ikinci yarısında sosial şəbəkələrdə hüquq-mühafizə orqanlarının əməkdaşlarına etiraz çağırışları səslənməyə başlayıb.

    Daha sonra Nanterredə yanğın başlayıb, narazı insanlar reklam stendlərini döyüb, avtobus dayanacaqlarını dağıdıblar. Bir qrup şəxs mərhumun evinin yaxınlığında və hakimiyyət orqanlarının inzibati binasının qarşısına toplaşıb. Buna cavab olaraq polis bölmələri, o cümlədən xüsusi cavab bölmələri şəhərətrafı ərazilərə göndərilib.
    .


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR