AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İrəvan Qarabağla əlaqələrini kəsib

  • + A
  • - A
  • 2-07-2023, 12:28

    İrəvan Qarabağla əlaqələrini kəsib


    Erməni mediası İrəvan rəsmilərinin artıq Qarabağ separatçılarının zənglərinə cavab vermədiyini yazıb. Onlar əlavə ediblər ki, əvvəllər tərəflər arasında isti münasibətlər var idisə, bu gün saxta rejimlə heç bir əlaqə yoxdur.
    Ermənistan rəsmiləri artıq Azərbaycan ərazisində qeyri-qanuni olan separatçıların zənglərinə cavab vermirlər.

    Jurnalistin sözlərinə görə, o, Azərbaycanın Qarabağ iqtisadi rayonundakı saxta separatçı rejimin nümayəndələri ilə söhbət etmək imkanı əldə edib.

    O bildirib ki, İrəvan rəsmiləri telefonu qaldırmadığından separatçıların “hakimiyyəti” hazırda hədsiz ümidsizlik içindədir.

    Bağdasaryan vurğulayıb ki, əgər əvvəllər Ermənistan hakimiyyəti Qarabağdakı saxta rejimlə daimi əlaqə saxlayırdısa, bu gün İrəvan zənglərə cavab verməkdən imtina edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR