Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili 2007-ci il noyabrın 7-də müxalifətin mitinqinin dağıdılması və mərhum iş adamı Badri Patarkatsişvilinin “İmedi” televiziya şirkətini ələ keçirməsi ilə bağlı keçirilən növbəti məhkəmə iclasında hədsiz yorğun və arıq görünürdü.
“Mən günahkar deyiləm. Sən mənim bədənimi məhv edə bilərsən, amma ruhumu məhv etmə. Biz qalib gələcəyik”
Azadmedia.az xəbər verir ki, bu sözləri 2014-cü ildən bəri prokurorluğun ona qarşı irəli sürdüyü beş ittihamdan biri üzrə vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə Tbilisi məhkəməsi tərəfindən 6 illik həbs cəzasını çəkən eks-prezident canlı yayımda deyib. Cənab Saakaşvili kamera qarşısında belinə qədər soyunaraq, məhkəmə qarşısında fiziki vəziyyətinin pis olduğunu nümayiş etdirib.
Ötən ilin may ayından Mixail Saakaşvili Tbilisidəki “Vivamed” özəl klinikasındadır və burada bir sıra endokrin və psixi xəstəliklərdən müalicə alır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.