İyulun 3-də ATƏT PA-nın Kanadanın Vankuver şəhərində keçirilən 30-cu illik sessiyasında qurumun İqtisadi məsələlər, ətraf mühit, elm və texnologiya Baş Komitəsinin sədri vəzifəsinə seçkilər keçirilib.
Seçkilərdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev və Avstriya nümayəndə heyətinin və Yaşıllar Partiyasının üzvü David Stüqmüller iştirak edib. Gizli səsvermə nəticəsində Azay Quliyev 50 səs, David Stüqmüller 23 səs toplayıb. Beləliklə, azərbaycanlı deputat ATƏT PA-nın komitə sədri seçilib.
Qeyd edək ki, ATƏT PA-nın komitə sədri seçilmiş deputatlar həm də avtomatik olaraq Büro üzvü sayılırlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.