İranla Azərbaycan arasında münasibətlər çətin dövrlərdən keçir. İranın xarici işlər naziri Abdullahianın Qoşulmama Hərəkatının iclasında iştirak etmək üçün Bakıya gözlənilən səfəri münasibətlərin normallaşmasına ümid yaradır. Bunun üçün siyasi və iqtisadi ilkin şərtlər varmı?
İyulun 5-i və 6-da Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək. İran İslam Respublikasını xarici işlər naziri Hüseyn Əmir Abdullahianın başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.
Tasnim agentliyinin məlumatına görə, beynəlxalq hüquq məsələlərinə cavabdeh olan İran xarici işlər nazirinin müavini Rza Nəcəfi artıq Azərbaycanın paytaxtındadır. Bildirilir ki, Abdollahian Bakıya səfəri zamanı azərbaycanlı həmkarı Ceyhun Bayramov və digər yüksək vəzifəli şəxslərlə danışıqlar aparacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.