AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paşinyan müqavilələrin həyata keçirilməsini istəyib

  • + A
  • - A
  • 5-07-2023, 23:05

    Paşinyan müqavilələrin həyata keçirilməsini istəyib

    Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb. Azadmedia.az xəbər verir ki, çərşənbə günü bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Söhbət erməni tərəfinin təşəbbüsü ilə baş tutub.

    Kremlin mətbuat xidmətinin məlumatına görə, görüşdə Azərbaycanın Qarabağ bölgəsi, o cümlədən Laçın yolu ətrafında vəziyyət müzakirə edilib.
    “Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illər üçün sazişlərin bütün kompleksinin ardıcıl həyata keçirilməsinin prinsipial əhəmiyyəti vurğulanıb”, - Kremlin mətbuat xidmətindən bildirilib.

    Rusiya prezidenti Rusiya tərəfinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanmasında əməli yardımı davam etdirməyə hazır olduğunu təsdiqləyib. "Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb", - məlumatda deyilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR