AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aİ-dən ermənilərə tərs sillə - İmtina etdi

  • + A
  • - A
  • 5-07-2023, 23:16

    Aİ-dən ermənilərə tərs sillə - İmtina etdi

    Avropa İttifaqı Ermənistanın ölkənin müdafiə qabiliyyətinin artırılması məsələsində dəstək vermək istəyindən imtina edib. Azadmedia.az erməni saytlarına istinadən xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan bir gün əvvəl Varşavada Polşa prezidenti Anjey Duda ilə görüşdə vəziyyətdən şikayətlənib.

    O, Dude-yə bildirib ki, Ermənistan hökuməti inkişaf etməkdə olan ölkələrə hərbi texnikanın alınmasına kömək etmək üçün Aİ-nin 2021-ci ildə yaratdığı Avropa Sülh Fondundan “texniki yardım” istəyib.

    “Bu mexanizm vasitəsilə Aİ Ukrayna, Moldova və Gürcüstana yardım ayırır. Təəssüf ki, Aİ-nin Ermənistanla Azərbaycan arasında münasibətləri yaxşılaşdırmaq üçün vasitəçilik səyləri göstərməsi, həmçinin “münaqişə həssaslığı” məsələsi ilə Ermənistanın tələbi rədd edildi. Yenə də demək istəyirəm ki, söhbət Ermənistanın müdafiə qabiliyyətinin artırılmasına yönəlmiş texniki yardımdan gedir”, - deyə Alen Simonyan bildirib.

    Bundan əlavə, Ermənistan parlamentinin spikeri ənənəyə uyğun olaraq yenə də Qarabağ ermənilərinin guya Azərbaycan tərəfindən “soyqırımı” və Laçın yolunun bağlanmasından danışıb. Simonyanın sözlərinə görə, “Ermənistan beynəlxalq tərəfdaşlardan Azərbaycana qarşı sanksiyaların tətbiqinə qədər bu cür qanunsuz və qeyri-insani hərəkətləri pisləmələrini gözləyir”.

    Erməni spiker həmçinin regionda uzunmüddətli sülhün bərqərar olması gündəliyi kontekstində Ermənistan-Azərbaycan sərhədində Aİ-nin monitorinq missiyasının yerləşdirilməsinin vacibliyini bir daha vurğulayıb.

    Qeyd edək ki, Ermənistan son vaxtlar aktiv şəkildə silah tədarükçüləri axtarır. Amma unudurlar ki, dəmir yumruq yerindədir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR