Parisin məqsədi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması deyil. Azadmedia.a xəbər verir ki, ermənilərin Fransa ilə yaxınlaşmasına münasibət bildirən rus ekspertlərinin sözlərinə görə Fransanın "Rusiya Zaqafqaziyada sülhün qorunmasında maraqlı deyil", fikri əsassızdır. Sadəcə Rusiya nizamlamada balanslı hərəkət edir. Makron öz ambisiyalarını və Qərbin siyasətini dərk edərək özünü balanssız aparır, çünki bütövlükdə Qərb kimi Parisin məqsədi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması deyil, sabitliyin pozulması, o cümlədən Rusiya ilə Ermənistan arasında toqquşmadır. Ona görə də Paris (Fransa ilə Ermənistanın yaxınlığının tarixi faktorunun təsiri ilə yanaşı) İrəvanın tərəfində oynayır. Amma bu yaxınlıq faktoru xəyali xarakter daşıyır. Fransa və Qərbin Cənubi Qafqazda qarşıya qoyduğu vəzifələrin həllində vasitəçi ölkə məhz Ermənistandır. Fransanın Ermənistan-Azərbaycan sərhədində Aİ-nin monitorinq missiyasının işində bu qədər fəal olması, heç bir başqa ölkədən siyasətçilərin deyil, fransızların kifayət qədər müntəzəm olaraq Ermənistana gəlməsi əbəs yerə deyil. Məqsədləri odir ki, Aİ-nin monitorinq missiyası ilə birlikdə Ermənistan-Azərbaycan sərhədinə gələrək, Bakı ilə İrəvan arasında nizamlanmanı asanlaşdıran bəzi bəyanatlar deyil, əksinə, həm Azərbaycan, həm də Rusiya tərəfindən qıcıq doğuran bəyanatlar səsləndirsinlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.