İyulun 7-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Albaniya Respublikasının Prezidenti Bayram Beqay və birinci xanım Armanda Beqay Heydər Əliyev Mərkəzində olublar.
Mərkəzin direktoru Anar Ələkbərov Albaniya Prezidenti Bayram Beqaya dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verib.
Həmin gün Albaniya Prezidenti və xanımı Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olmuş, onlara mərkəz haqqında məlumat verilmişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.