Kreml Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının əlaqələndirmə bürosunun nazirlər iclasında 2024-cü il Olimpiadasının siyasi neytrallığının təmin edilməsi zərurəti ilə bağlı səsləndirdiyi mövqeyini alqışlayıb.
"Biz Azərbaycan rəhbərliyinin mövqeyini yüksək qiymətləndiririk, bunu bölüşürük. Biz idmanın siyasiləşdirilməsinin yolverilməz olduğunu dəfələrlə bəyan etmişik", - Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Ötən həftə Qoşulmama Hərəkatının Bakıda keçirilən koordinasiya bürosunun nazirlər iclasında xüsusi bəyannamə qəbul edilib ki, burada iştirakçı ölkələr 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarının siyasi neytrallığının təmin edilməsinin zəruriliyini bəyan edib və bu, lehinə çıxış ediblər.
Xüsusi bəyannamənin qəbulu təşəbbüsü Azərbaycan prezidenti İlham Əliyevə məxsusdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.