Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Medvedev deyib ki, Ukrayna heç vaxt NATO-ya qəbul edilməyəcək.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Ukrayna heç vaxt NATO-ya qəbul edilməyəcək. Bu barədə o, öz Telegram kanalında NATO-nun Vilnüs sammitinin qərarlarını şərh edərkən yazıb.
“Qəbul edəcəklər - nə vaxt və hansı şərtlərlə bilinmir. Çox güman ki, heç vaxt. Bunu isə Alyansdakı realistlər ucadan söyləməyə çəkinirlər”.
İyulun 11-də məlum olub ki, Şimali Atlantika blokundakı müttəfiqlər bununla razılaşanda və Kiyev “şərtləri yerinə yetirəndə” NATO ölkələri Ukraynanı alyansa dəvət edəcək. NATO-nun baş katibi Yens Stoltenberqin sözlərinə görə, sammitdə alyansın Ukraynanın üzvlüklə bağlı fəaliyyət planını ləğv etməsi qərara alınıb, həmçinin “bütün şərtlər yerinə yetirildikdə” Kiyevi alyansa dəvət edəcəyinə söz verilib.
Ukrayna prezidenti Vladimir Zelenski təkcə NATO-ya daxil olmaq üçün deyil, sadəcə dəvət üçün vaxt çərçivəsinin müəyyən edilməməsini “görünməmiş və absurd” adlandırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.