AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Taliban Rusiya səfirindən əfqanlara Rusiya vizalarının verilməsini sadələşdirməyi xahiş edib

  • + A
  • - A
  • 15-07-2023, 22:53

    Taliban Rusiya səfirindən əfqanlara Rusiya vizalarının verilməsini sadələşdirməyi xahiş edib

    Taliban xarici işlər naziri Rusiya səfirindən əfqanlara Rusiya vizalarının verilməsini sadələşdirməyi xahiş edib

    WANA (Qərbi Asiya Xəbər Agentliyi) Reuters vasitəsilə
    Radikal Taliban hərəkatının Xarici İşlər Nazirliyinin rəhbəri Əmir Xan Möttəki Kabildə Rusiyanın səfiri Dmitri Jirnovla görüşüb. Bu barədə Tolo News telekanalı Taliban Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.

    Telekanalın məlumatına görə, işgüzar görüş çərçivəsində Möttəki Rusiya diplomatik missiyasının rəhbərindən Əfqanıstan vətəndaşlarına və iş adamlarına Rusiya vizalarının verilməsinin sadələşdirilməsini istəyib.

    Bundan əvvəl Taliban Qazaxıstanda keçiriləcək ŞƏT-in növbəti sammitində iştirak etmək istədiklərini açıqlamışdı.

    Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti sammitində Taliban hərəkatının (Rusiyada bu təşkilat qadağan edilib) iştirakı ilə bağlı qərar konsensus əsasında qəbul edilməlidir. Jurnalistin “Taliban” hərəkatı nümayəndələrinin ŞƏT-in növbəti sammitində iştirak etmək istəyini Kremlin necə qarşıladığı ilə bağlı sualına Peskov qeyd edib ki, bu mövzuya təşkilatın növbəti sammitinə qədər baxılmalıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR