Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun dəvəti ilə Türkiyə Respublikası Jandarma Qüvvələrinin Baş Komandanının müavini, ordu generalı Əli Çardakçının rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib. Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Əvvəlcə Əli Çardakçı və onu müşayiət edən şəxslər Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyublar.
Sonra qonaqlar Şəhidlər Xiyabanında “Əbədi məşəl” kompleksini və türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov cümə axşamı ordu generalı Əli Çardakçının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.