Zelenski Krım körpüsünü zərərsizləşdirilməli olan hədəf adlandırıb. Ukrayna prezidenti Vladimir Zelenski Aspen Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib ki, ölkəsi üçün Krım körpüsü zərərsizləşdirilməli olan hədəfdir.
“Aydındır ki, bu, bizim məqsədimizdir. Sülh deyil, müharibə gətirən hər bir məqsəd zərərsizləşdirilməlidir”, - deyə Zelenski bildirib.
Körpü ilə yanaşı, o, Kiyevin məqsədini Krımın tam qaytarılması adlandırıb.
İyulun 17-nə keçən gecə Krımın rəhbəri Sergey Aksyonov bildirib ki, Krım körpüsündə "Krasnodar diyarından 145-ci dayaq sahəsində fövqəladə hadisə baş verib". Rusiya Milli Antiterror Komitəsi insidentdə Ukrayna xüsusi xidmət orqanlarını günahlandırıb. MAK-ın məlumatına görə, körpüyə hücum iki Ukrayna yerüstü pilotsuz uçan aparatı tərəfindən həyata keçirilib. Rusiya Federasiyasının İstintaq Komitəsi terror aktı maddəsi ilə cinayət işi açıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.