Azərbaycan Pakistana maye qaz tədarük etməyə başlayır. Tərəflər bir illik müqavilə imzalayıblar.
Azərbaycanın maye qazı Pakistana tədarük ediləcək. Azadmedia.az xəbər verir ki, bu barədə müvafiq saziş bu gün paytaxt İslamabadda imzalanıb.
Ayda bir partiya LNG Pakistana ixrac ediləcək. Çatdırılmalar iyul ayında başlayacaq. LNG alıcıya endirimli qiymətə satılacaq. Eyni zamanda, Pakistan tərəfi yükü qəbul etməkdən imtina edə bilər, cərimələr nəzərdə tutulmur.
LNG-nin tədarükünə dair saziş mühüm hadisədir və bu, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi üçün stimul olacaq, - İslam Respublikasının Baş naziri Şahbaz Şərif imzalanma mərasimində deyib.
Müqavilə gələn iyul ayına qədər qüvvədə olacaq, daha bir il müddətinə uzadıla bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.