AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lavrov Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən danışıqlara yekun vurub

  • + A
  • - A
  • 25-07-2023, 23:52

    Lavrov Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən danışıqlara yekun vurub

    Rusiya XİN rəhbəri bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan 2023-cü ildə sammit keçirməyi planlaşdırır. Parlamentarilər vasitəsilə də üçtərəfli dialoq qurmaq mümkündür.
    Azərbaycan və Ermənistandan olan həmkarları Ceyhun Bayramov və Ararat Mirzoyan ilə üçtərəfli danışıqlardan sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva, Bakı və İrəvanın növbəti görüşlərin hazırlanması üzərində işləməyə davam edəcəklərini açıqlayıb. O cümlədən, 2023-cü ildə üç ölkə liderlərinin sammiti planlaşdırılır.

    “Biz gələcək görüşlərin, o cümlədən bu il Rusiya, Azərbaycan və Ermənistan liderlərinin növbəti sammitinin keçirilməsi planlarının hazırlanması üzərində enerjili işi davam etdirəcəyik”- deyən Sergey Lavrov bildirib ki, Rusiya parlamentarilər vasitəsilə üçtərəfli dialoqa başlamaq təklifi ilə çıxış edib.

    Daha sonra Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bugünkü danışıqların müxtəlif istiqamətlərdə dialoqa müsbət təkan verəcəyinə ümid etdiyini bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR