Ermənistanın baş nazirinin zahiri ziddiyyətli bəyanatları onun separatçı layihənin bağlanması mövzusunu təhlükəsiz şəkildə beynəlxalq səviyyəyə daşımaq istəyindən irəli gəlir. Nikol Paşinyan həm ölkə daxilində - millətçilərin, həm də xaricdən diasporun günahlandırdığı revanşist siyasətin rədd edilməsinin məsuliyyətini kənar oyunçuların üzərinə aça biləcək.
İrəvan mövcud vəziyyətdən maksimum yararlanmaq əzmindədir, eyni zamanda, mümkünsə, başqasının hesabına. Bu gözləntilər qismən özünü doğruldur. Belə ki, Azərbaycan və Ermənistan başçılarının Brüsseldə keçirilən son görüşündə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel bəyan edib ki, Avropa İttifaqı regionda dəmir yolu kommunikasiyalarının inkişafına, yəni Zəngəzur dəhlizinin tikintisinə maliyyə töhfəsi verməyə hazırdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.