Xəbər verdiyimiz kimi dünən İrəvan Azərbaycanın suveren torpaqlarına maşın karvanı göndərməklə yeni təxribata əl atıb. Bu o deməkdir ki, Ermənistan “humanitar yardım göndərmək” adı altında siyasi manipulyasiya və şantajla məşğuldur.
Bir gün əvvəl başlayan və 20-yə yaxın yük maşını Laçın yolu ilə yola salan İrəvanın təxribatı bu gün səhər saatlarında davam edir.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin sosial şəbəkədəki mesajında vurğuladığı kimi, Ermənistan hakimiyyəti ən təmiz formada manipulyasiya ilə məşğuldur. Diplomat Bakının razılığı olmadan həyata keçirilən kortejlərin “humanitar yardım” adı altında Azərbaycan Respublikasının suveren ərazilərinə göndərilməsinin Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qəsd olduğunu bəyan edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.