Azərbaycan Xarici İşlər Nazirliyi Avropa diplomatiyasının rəhbəri Cozep Borrelin bəyanatını şərh edib. Ayxan Hacızadə qeyd edib ki, Bakı Aİ-nin regionda sülhün və sabitliyin bərqərar olması prosesində, eləcə də İrəvanla sülh sazişi üzrə danışıqların gedişində dəstəyini yüksək qiymətləndirir. Bununla belə, diplomat diqqətə çatdırıb ki, Borrelin Ermənistanın yalan təbliğatına və manipulyasiyalarına əsaslanan sözləri Azərbaycan tərəfində təəssüf doğurur.
Mətbuat katibi Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərindən natamam çıxarılması kimi Azərbaycan Respublikasının təhlükəsizliyini, ərazi bütövlüyünü və suverenliyini təhdid edən faktların diqqətdən kənarda qalmasının yolverilməz olduğunu bildirib. O, Bakının Laçın yolundan istifadə edərək İrəvanın qanunsuz fəaliyyətinə, Azərbaycan ərazisinə sursat və minaların daşınmasına, Azərbaycanın sərvətlərinin Ermənistan tərəfindən ixracına və qanuni hadisələrin Laçın yolunun bağlanması kimi səciyyələndirilməsinə etirazını xatırladıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.