AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qazaxıstanla Azərbaycan arasında iqtisadi əməkdaşlıq yeni səviyyəyə qədəm qoyur

  • + A
  • - A
  • 27-07-2023, 21:47

    Qazaxıstanla Azərbaycan arasında iqtisadi əməkdaşlıq yeni səviyyəyə qədəm qoyur

    Qazaxıstanla Azərbaycan arasında iqtisadi əməkdaşlıq yeni səviyyəyə çıxır

    Azadmedia.az xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Azərbaycandakı Səfiri Alim Bayelin Azərbaycan Respublikasının İqtisadiyyat Naziri Mikayıl Cabbarovla görüşündə bildirilib.

    Görüş zamanı Alim Bayel ötən və cari ildə baş tutan Qazaxıstanın və Azərbaycanın dövlət başçılarının qarşılıqlı səfərləri faktiki olaraq ikitərəfli əməkdaşlığının yeni mərhələsini açdığını qeyd edib. Diplomat, həmçinin 11 sənədin imzalandığı Qazaxıstan Baş Nazirinin bu ilin iyun ayında Azərbaycana rəsmi səfərinin məhsuldarlığını da vurğulayıb. Qazaxıstan, Azərbaycan və Gürcüstan dəmir yolları arasında birgə müəssisənin təsis edilməsi, Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin (FORX) çəkilməsi ilə bağlı birgə müəssisənin yaradılması, habelə Qazaxıstan neftinin Azərbaycan vasitəsilə nəql həcmlərinin artırılması haqqında sənədlər xüsusilə böyük önəm daşıyır.

    Öz növbəsində, Mikayıl Cabbarov hazırkı qeyri-stabil geosiyasi vəziyyətdə Qazaxıstan-Azərbaycan iqtisadi əməkdaşlığının gücləndirilməsində maraqlı olduqlarını təsdiqləyib. Nazir, Qazaxıstan istehsalı olan dəmiryol lokomotivlərinin Azərbaycana və Azərbaycan gəmilərinin Qazaxıstana tədarük edilməsi kimi layihələrin tezliklə həyata keçirilməsində Azərbaycanın hazır olduğunu bildirib. Söhbət əsnasında o, Orta Dəhlizin rəqəmsal inkişafının vacibliyinə, vahid pəncərə prinsipi ilə nəqliyyat-logistika sisteminin yaradılmasına diqqət çəkib. M.Cabbarov Qazaxıstanla Azərbaycanın həm Xəzər dənizi hövzəsində, həm də digər regionlarda neft-qaz layihələrdə birgə iştirakının mümkünlüyünü nəzərdən keçirtməyi təklif edib. Bundan başqa, azərbaycanlı nazir Qazaxıstanın dənli bitkilərin istehsalçısı və tədarükçüsü kimi etibarlı tərəfdaş olmasının vacibliyini qeyd edib.

    Səfir A.Bayel Qazaxıstanla Azərbaycan arasında mədəni-humanitar və iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönələn bir sıra təşəbbüsləri də təklif edib.

    Bu kontekstdə iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın müsbət dinamikasını qeyd etmək lazımdır. Belə ki, 2023-cü ilin 5 ayının yekunlarına əsasən, Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 50% artıb ($162,5 milyondan $243,6 milyonadək). 2023-cü ilin əvvəlindən Orta Dəhliz (TXNM) üzrə daşımalar 64% artaraq, 1 milyon tondan çox təşkil edib. Qazaxıstan, həmçinin Azərbaycana 300 milyon ABŞ dolları həcmində 100 mal mövqeyi üzrə ixracını artırmağa və ikitərəfli ticarətinin həcmini dövlət başçılarının tapşırığına uyğun olaraq 1 milyard dollar səviyyəsinə çatdırmağa hazırdır. Bundan başqa, cari ilin iyun ayından Qazaxıstanın və Azərbaycanın aviaşirkətləri tərəfindən yerinə yetirilən aviareyslərin say limiti həftədə 32-dən 42-dək qaldırılıb


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR