AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qarabağ erməniləri köçürülür? - İrəvanda 50 minlik şəhərciyin inşasına başlanıldı

  • + A
  • - A
  • 31-07-2023, 10:00

    Qarabağ erməniləri köçürülür? - İrəvanda 50 minlik şəhərciyin inşasına başlanıldı


    Ermənistanın paytaxtı İrəvanda Qarabağ erməniləri üçün 50 min nəfərlik yaşayış massivi salınacaq.

    Yenisabah.az xəbər verir ki, bu iddia ilə “Hraparak” nəşri çıxış edib.

    Erməni nəşri yazır ki, “Defance Housing” adlandırılan yaşayış massivi təxminən 50 min sakin üçün nəzərdə tutulmuş yeni tipli müasir kompleks olacaq.

    Ermənistan KİV-i iddia edir ki, həmin mənzillərdə Qarabağ erməniləri yaşayacaq. Son qərar isə Azərbaycanla Ermənistan arasında imzalanaacq sülh müqaviləsindən sonra veriləcək. Əgər müqavilənin şərtləri rəsmi İrəvanı qane etsə, bu zaman Qarabağ ermənilərinin Azərbaycanda qalıb həyatlarını davam etdirməsi məqbul sayılacaq.

    Qeyd edək ki, son vaxtlar Ermənistanda bu ehtimal üzərində ciddi müzakirələr aparılır. Baş naziri Nikol Paşinyanın yerli media üçün keçirdiyi mətbuat konfransında Qarabağ ermənilərinin Ermənistana köçürülməsi ilə bağlı səsləndirdiyi fikirlər müzakirələri daha da qızışdırıb. Müşahidəçilər isə bu ehtimalı bir o qədər də yüksək qiymətləndirmirlər. Onların fikrincə, təsərrüfatla məşğul olan Qarabağ ermənilərinin İrəvanın mərkəzində müasir komplekdə yerləşdirilməsi ağlabatan deyil.

    Qarabağ ermənilərinin Azərbaycan qanunlarına tabe olaraq həyatlarını öz evlərində davam etdirəcəyi daha çox ehtimal olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR