AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın xarici işlər naziri Türkiyədə rəsmi səfərdədir

  • + A
  • - A
  • 31-07-2023, 12:20

    Azərbaycanın xarici işlər naziri Türkiyədə rəsmi səfərdədir

    Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov iyulun 31-də Türkiyə Respublikasına rəsmi səfərə yola düşüb. Azadmedia.az xəbər verir li, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edəcək. Görüş dövlət başçısının iqamətgahında keçiriləcək.

    Həmçinin səfər çərçivəsində nazir Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan və digər yüksək vəzifəli şəxslərlə görüşləri nəzərdə tutulub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR