İran Xarici İşlər Nazirliyinin rəhbəri Türkiyəni qoşunlarını Suriya ərazisindən çıxarmağa çağırıb. Onun sözlərinə görə, Türkiyə hərbçilərinin sərhəd bölgələrinə qayıtması lazımdır.
İranın xarici işlər naziri Türkiyəni qoşunlarını Suriyadan çıxarmağa çağırıb. Azadmedia.az xarici kiv-lərə istinadla xəbər verir ki, nazir bu gün suriyalı həmkarı ilə görüşdən sonra belə bir bəyanatla çıxış edib.
"Türkiyə Silahlı Qüvvələrinin qrafikə uyğun olaraq Suriya ərazisini tərk edərək sərhəd bölgələrinə qayıtması təklif edilir. Məntiq ondan ibarətdir ki, Türkiyə silahlı qüvvələrinin Suriyadan çıxarılması ilə eyni vaxtda ümumi sərhədlərin təhlükəsizliyi təmin edilir" - deyən Hüseyn Əmir Abdullahyan Tehran və Moskvanın vasitəçilik səylərini davam etdirməsinə diqqət çəkib:
"Biz hesab edirik ki, xarici dövlətlərin qüvvələrinin Suriyada olması bu ölkədə sabitlik və təhlükəsizliyə kömək etməyəcək. Biz Türkiyənin Suriya ilə sərhədlərinin təhlükəsizliyi ilə bağlı narahatlığını yaxşı başa düşürük, lakin biz Suriyada hərbi mövcudluğun həll yolu olmadığına inanıram”
Onun sözlərinə görə, məsələlərin həllinin ən münasib yolu dördtərəfli formatda görüşlərdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.