AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

KTMT Ermənistan sərhədində missiyanın yerləşdirilməsi ilə bağlı müzakirələrə qayıtmağa hazırdır

  • + A
  • - A
  • 2-08-2023, 12:50

    KTMT Ermənistan sərhədində missiyanın yerləşdirilməsi ilə bağlı müzakirələrə qayıtmağa hazırdır

    Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan sərhədində missiya yerləşdirməklə bağlı suala İrəvanın cavabını gözləyir. Azadmedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Ağasandyan RİA Novosti-yə bildirib.

    Onun sözlərinə görə, KTMT-ni yaradan dövlətlər regionda vəziyyətin sabitləşməsinə kömək etməkdən heç vaxt çəkinməyiblər və bütün mövcud imkanlardan istifadə etmək üçün konkret həll yolları təklif etməyə hazır olduqlarını artıq təsdiqləyiblər.

    “Biz hələ də İrəvandan müsbət cavab gözləyirik”, - diplomat bildirib.

    O, Ermənistanın sərhədyanı rayonlarında KTMT monitorinq missiyasının yerləşdirilməsi təklifi üzrə əsaslı işi bərpa etməyə hazır olduğuna diqqət çəkib. Ağasandyan aydınlaşdırıb ki, “müttəfiqimizə kömək etmək üçün” başqa birgə tədbirlər də mümkündür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR