Hazırki son dərəcə “ağır humanitar” vəziyyət fonunda Moskva Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması haqqında mümkün arqumentləri anlaşılmaz hesab edir. Üstəlik, Ermənistan rəhbərliyinin Qarabağı Azərbaycan ərazisi kimi tanımasından sonra Moskvanın kifayət qədər səy göstərməməsi ilə bağlı iddiaları ikiqat yersizdir.
Azadmedia.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Baş naziri Paşinyanın Qarabağdakı rus sülhməramlılarının beynəlxalq missiya ilə əvəzlənməsinin tərəfdarı olduğu sözlərini şərh edərkən deyib.
Qeyd edək ki, “Bizim sülhməramlılarımız mühüm funksiyaları yerinə yetirirlər. Buraya əsirlərin mübadiləsi, minaların təmizlənməsi, insidentlərin tənzimlənməsi və humanitar yardımın göstərilməsi daxildir. Doğrudanmı bu fəaliyyət Ermənistan rəhbərliyi üçün lazımsızdır, arzuolunmazdır və onlar bunun getməsini istəyirlər. Necəsə, qərar vermək lazımdır”, - deyə o bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.