Erməni sevdalı ABŞ konqresmeni Dövlət Departamentini Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
"Beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ və BMT Xankəndində humanitar böhranın daha da dərinləşməsinin qarşısını almaq üçün aydın tədbirlər görə bilər və görməlidir". Azadmedia.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının ermənipərəst üzvü Frenk Pallon öz Twitter mikrobloqunda yazıb.
“Mən Dövlət Departamentini bu blokadaya son qoymaq üçün bütün mövcud diplomatik vasitələrdən, o cümlədən sanksiyalardan istifadə etməyə çağırıram”, - Pallone yazıb.
O unudub ki, şənbə günü Azərbaycan qüvvələri müalicə üçün Ermənistana aparılan mülki şəxsi yox, əli onlarla Azərbaycan vətəndaşının qanına batan qatili saxlayıb. Bu, insan hüquqlarının pozulması yox, onun birinci Qarabağ müharibəsində iştirak etdiyi üçün cinayətkar olduğu sübuta yetirildiyi, axtarışda olduğu üçündür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.