Putin və Afrika liderləri sülhlə bağlı dialoqu davam etdirməyə çağırıblar
Azadmedia.az Cənubi Afrika prezidenti Siril Ramafosanın ofisinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin və Afrikanın yeddi ölkəsinin liderlərinin Rusiya-Afrika sammitinin yekunlarına dair birgə bəyanatı dərc olunub.
“Liderlər sülhə qapının açılması üçün Afrika Sülh Təşəbbüsü üzrə dialoqu davam etdirmək barədə razılığa gəliblər”, - deyə bəyanatda bildirilir.
Sənəddə qeyd edilir ki, ölkələr Rusiya taxılının və gübrələrinin ixracına maneələrin aradan qaldırılması üçün konkret addımlar atmağa çağırıblar ki, bu, BMT baş katibinin Qara dəniz təşəbbüsünün həyata keçirilməsinin tam bərpasına imkan versin.
İyulun 27-28-də Sankt-Peterburqda ikinci Rusiya-Afrika Sammiti və İqtisadi Forumu keçirilib. Rusiya prezidenti Vladimir Putin sammitin nəticələrini yüksək qiymətləndirib. Rusiya lideri sammitdə əldə olunan nəticələrin Rusiya ilə Afrika arasında tərəfdaşlığın dərinləşməsi üçün yaxşı zəmin yaradacağına əminliyini ifadə edib.
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukrayna üçün sülh planı və Rusiyanın Afrika ölkələrinə pulsuz taxıl tədarük etməyə hazırlığı bir-biri ilə əlaqəli deyil.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.