Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən Arazdəyəndə tikilməkdə olan metallurgiya zavodu başqa yerə köçürülə bilər. Azadmedia.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan öz mənbələrinə istinadən yazır.
Xəbərdə deyilir ki, “tikməkdə olan erməni-amerikan metallurgiya zavodu tezliklə başqa yerə köçürülə bilər”.
Ən çox ehtimal olunan variant kimi İrəvandan 50 km aralıda, Ararat şəhərinə bitişik ərazi nəzərdə tutulur.
Bundan əvvəl xəbər verilmişdi ki, Azərbaycan hökuməti Ermənistandan Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən Arazdəyəndə iri metallurgiya zavodunun tikintisini dayandırmağı tələb edib. Bu tələb Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin Ermənistanın ətraf mühit nazirinə ünvanladığı məktubunda yer alıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.