Qətər Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən imtina edir
Azadmedia.az RİA "Novosti"yə istinadən xəbər verir ki, Rusiyanın Qətərdəki səfiri Dmitri Doqadkin bildirib ki, əmirlik Rusiyaya qarşı sanksiyalara qoşulmayıb və bu məsələdə qəti mövqe nümayiş etdirir.
Diplomat qeyd edib ki, son illərdə Körfəz Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurasına (KƏŞ) üzv olan ölkələr Rusiyanın strateji tərəfdaşlarına çevrilib. Qətər isə GCC üzvlərindən biri kimi Rusiyanın regionda əsas tərəfdaşına çevrilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.