Rusiya sülhməramlıları ermənilərin Xakari körpüsünə qədər “hərəkətini” müşayiət etməkdən imtina ediblər
.
Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ermənilərin Azərbaycan-Ermənistan sərhədində, Laçın sərhəd-keçid məntəqəsi yaxınlığındakı Xəkəri körpüsünə qədər təşkil etdiyi avtomobil yürüşünü müşayiət etməkdən imtina edib. Bu barədə Ermənistan mətbuatı yazır.
“10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamənin müddəalarına əsasən, Rusiya sülhməramlı kontingenti avtomobillərin kortejlərdə müşayiət olunmasını, eləcə də müxtəlif əməliyyat və toplanışların təhlükəsizliyini təmin etməyi planlaşdırmır”, - Rusiya sülhməramlıları komandanının müavini polkovnik Sazonov qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.