Azərbaycan Xarici İşlər Nazirliyi 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar Azərbaycana səfər etmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi ilə bağlı məlumat yayıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mesajında qeyd olunur ki, 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2023-cü il sentyabrın 20-dən oktyabrın 7-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.