RİA Novosti-nin Ankaradakı mənbəsi Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüşlə bağlı danışıqların davam etdirildiyini bildirib.
Agentliyin mənbəsinin sözlərinə görə, görüşün yeri və vaxtı müzakirə olunur, Türkiyə tərəfi görüşün avqustda keçirilməsində israrlıdır.
“Konkret heç bir məlumat yoxdur”, - mənbə bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Putinlə Ərdoğanın görüşünün tarixini açıqlamışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.