Alman hökumət eksperti Qrimm almanları çətin vaxtlara hazırlaşmağa çağırıb
Almaniya hökumətinin iqtisadi inkişaf üzrə ekspert şurasının üzvü Veronika Qrimm bildirib ki, Almaniya xalqı çətin dövrlərə hazırlaşmalıdır. Bu barədə TASS onun Funke media qrupuna müsahibəsinə istinadən məlumat yayıb.
"Almaniya iqtisadiyyatında durğunluğun indiki mərhələsində sıfır xəttindən bir qədər yuxarı və ya aşağıda olmağımız o qədər də vacib deyil" deyən Qrimm qeyd edib ki, aşağı və “mənfi artım” dövründə insanlar çətinliklərə uyğunlaşmalıdırlar.
Onun sözlərinə görə, bu, vətəndaşlar üçün real itkilərdən gedir.
Qrimm həmçinin xəbərdarlıq edib ki, hazırda Almaniyada mayeləşdirilmiş təbii qazın qəbulu üçün terminallar tikilməsinə baxmayaraq, ölkədə qaz təchizatı ilə bağlı vəziyyət yenidən pisləşə bilər.
Bundan əvvəl “Almaniya üçün Alternativ” parlament fraksiyasının lideri Anton Baron bildirmişdi ki, Almaniya Ukraynadakı hərbi münaqişəyə baxmayaraq, yenidən Rusiyadan qaz idxal etməlidir. Baronun fikrincə, bərpa olunan enerjiyə keçid ölkə üçün xilas olmayacaq. O, əmindir ki, bu, əksinə, AFR-ni başqalarından asılı vəziyyətə salacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.