AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İranın xarici işlər naziri 2016-cı ildən bəri ilk dəfə Səudiyyə Ərəbistanına səfər etmək niyyətindədir

  • + A
  • - A
  • 14-08-2023, 23:08

    İranın xarici işlər naziri 2016-cı ildən bəri ilk dəfə Səudiyyə Ərəbistanına səfər etmək niyyətindədir

    İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın iki ölkə arasında diplomatik əlaqələrin kəsilməsindən 7 il sonra, avqustun 17-də Səudiyyə Ərəbistanına səfəri gözlənilir. Bu barədə “İnterfaks” yazır.

    İran KİV-nə istinadən xəbər verir ki, nazirin özü jurnalistlərə bildirib ki, Ər-Riyada gözlənilən səfəri zamanı onu İslam Respublikasının yeni səfiri müşayiət edəcək və o, rəsmi olaraq krallıqda işə başlayacaq.

    "Səudiyyə Ərəbistanının yeni səfiri də tezliklə Tehranda fəaliyyətə başlayacaq. Krallığın diplomatik və konsulluq heyəti isə artıq İranda fəaliyyətə başlayıb", - Abdullahiyan bildirib.

    Öz növbəsində İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani bazar ertəsi keçirdiyi brifinqdə bildirib ki, İslam Respublikasının prezidenti İbrahim Rəisi Ər-Riyada səfər etmək üçün dəvət alıb. Səfərin tarixləri hələ razılaşdırılmayıb.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR