AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanla münasibətlərin yaxşılaşacağına əminlik ifadə olunub

  • + A
  • - A
  • 14-08-2023, 23:19

    Azərbaycanla münasibətlərin yaxşılaşacağına əminlik ifadə olunub

    İran Xarici İşlər Nazirliyi bəyan edib ki, İran ərazisində yerləşən ölkələrin səfirliklərinin təhlükəsizliyini təmin etmək məsuliyyətini tanıyırlar. Azərbaycanla münasibətlərin yaxşılaşacağına əminlik ifadə olunub.
    İran Xarici İşlər Nazirliyinin rəhbəri Hüseyn Əmir Abdullahiyan deyib: İran ərazisində fəaliyyət göstərən səfirliklərin təhlükəsizliyinin təmin edilməsinin məsuliyyəti tamamilə İran İslam Respublikasının rəhbərliyinin üzərinə düşür.

    "Biz etiraf edirik ki, diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsində məsuliyyət ev sahibi ölkənin üzərinə düşür. Bütün dövlətlər diplomatik məkanları və ayrı-ayrı şəxsləri qorumaq öhdəliyi daşıyır, lakin müasir dünyada belə hadisələr səfirliklərin bağlanmasına səbəb ola bilməz".

    O, Azərbaycan prezidenti İlham Əliyevlə görüşündən və İran baş prokurorunun müavininin Bakıdan səfərindən də danışıb. Nazir məhkəmənin hökm çıxarmasından sonra İranla Azərbaycan arasında münasibətlərin yaxşılaşacağına əmin olduğunu bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR