Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın Silahlı Qüvvələrinin və hərbi texnikasının şərti sərhəddə cəmləşməsi ilə bağlı bəyanatına reaksiya olaraq bazar ertəsi tələsik bəyanatla çıxış edib. Bu barədə Qərbi Azərbaycan İcmasının müraciətində deyilir.
Qeyd olunub ki, 30 il ərzində Azərbaycan ərazilərinin işğalına, yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından didərgin salınmasına göz yuman şəxslər indi revanşist ideyalarla yaşayan Ermənistana yardım üçün sıraya düzülüblər və bu, Ermənistanın ruporuna çevrilən Aİ missiyasının əməlləridir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.