AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran Rusiya ilə vizaların tamamilə ləğvinə hazırdır

  • + A
  • - A
  • 16-08-2023, 15:15

    İran Rusiya ilə vizaların tamamilə ləğvinə hazırdır

    Tehran Rusiya ilə vizaların tam ləğvinə getməyə hazırdır və bu istəyin həyata keçirilməsi üçün hazırda İran rəsmilərinin müvafiq qərarları gözlənilir. Bunu “İzvestiya” qəzetinə müsahibəsində İranın Moskvadakı səfiri Kazem Cəlali deyib.

    Diplomat qeyd edib ki, İran və Rusiya indi vizasız qrup turist səfərləri haqqında sazişin həyata keçirilməsinin “yolun başlanğıcındadır”. "Ölkələrimiz arasında vizaların tam ləğvinə gəlincə, qeyd etmək istərdim ki, İran İslam Respublikası bu addıma - dövlətlərimizin vətəndaşlarının bir-birinə sərbəst gediş-gəlişi üçün vizanı ləğv etməyə tam hazırdır. Təbii ki, biz Rəsmilərimizdən müvafiq qərarlar gözləyirik, bundan sonra bu tədbirlər təsdiqlənəcək və tətbiq olunacaq”, - deyə Cəlali bildirib.

    Rusiya və İranın 2023-cü ildə ölkələr arasında vizasız qrup turist səfərləri haqqında sazişi həyata keçirməyi planlaşdırması faktını bu ilin martında Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov bəyan edib. Müqavilə 2021-ci il iyulun 1-də bağlanıb. Onun çərçivəsində iki ölkə vətəndaşları 15 gündən çox olmayan müddətə 50 nəfərə qədər qruplar şəklində turizm məqsədi ilə başqa ölkəyə vizasız səfər edə bilərlər. Nəticədə avqustun 1-dən Rusiya ilə İran arasında vizasız qrup turist mübadiləsinə start verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR