Szijarto: Azərbaycan, Özbəkistan və Qırğızıstan başçıları bu həftə sonu Macarıstana gələcəklər
Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr Nazirliyinin rəhbəri Peter Szijarto Azərbaycan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Bosniya və Herseqovina prezidentlərinin, eləcə də Çexiya və Avstriyanın keçmiş baş nazirlərinin səfərini açıqlayıb. Onun sözlərini RİA Novosti yayıb.
"Burada, Budapeştdə Azərbaycan, Özbəkistan, Qırğızıstan, həmçinin Türkmənistan prezidentləri olacaq", - nazir mətbuat konfransında deyib.
Onun sözlərinə görə, iştirakçılar enerji təhlükəsizliyi, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı və qeyri-qanuni miqrasiya ilə mübarizəni müzakirə edəcəklər.
İyul ayında Rusiya Baş nazirinin müavini Aleksandr Novak Szijarto-nu Rusiya Federasiyasının Macarıstana enerji təchizatını davam etdirəcəyinə inandırmışdı.
Bundan əvvəl Szijarto bildirib ki, hazırda beynəlxalq təhlükəsizlik son 80 ilin ən böyük təhlükəsi altındadır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.