Macarıstan Qarabağın azərbaycanlılar yaşayan Soltanlı kəndinin bərpası ilə məşğul olacaq. Bakı layihədə iştirak edən Macarıstan şirkətlərinin siyahısını təsdiq edib.
Azərbaycanda işğaldan azad edilmiş ərazilərin bərpası davam edir. Macarıstan Cəbrayıl şəhərindən 14 km cənubda yerləşən Soltanlı kəndinin yenidən qurulmasında iştirak edəcək.
“Yenidənqurma işləri Azərbaycan hökumətinin təsdiq etdiyi Macarıstan şirkətlərinin konsorsiumu tərəfindən aparılacaq”
- Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
Hungary Today xəbər verir ki, nazir iki ölkə arasında strateji əməkdaşlığın inkişaf etdiyini, Macarıstan ilə Azərbaycan arasında enerji əməkdaşlığının yeni səviyyəyə yüksəldiyini qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.