AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şimali Koreya ilk casus peyki ilə raket buraxıb

  • + A
  • - A
  • 23-08-2023, 23:55

    Şimali Koreya ilk casus peyki ilə raket buraxıb

    Şimali Koreya ilk casus peyki olduğu güman edilən raketi buraxıb.

    Şimali Koreya, ehtimal ki, ilk kəşfiyyat peyki ilə birlikdə ballistik raket buraxıb. Azadmedia.az xəbər verir ki, bu barədə TASS Yaponiyanın Müdafiə Nazirliyi və Sahil Mühafizəsinə istinadən məlumat yayıb.

    Yaponiyanın xəbərdarlıq sisteminə görə, Okinava prefekturasında raket buraxılışı ilə bağlı hava hücumu barədə xəbərdarlıqlar səslənir. Səlahiyyətlilər vətəndaşlara binalara və ya yeraltı obyektlərə sığınmağı tövsiyə edir.

    Agentliyin məlumatına görə, Şimali Koreya raketi Yaponiya hava məkanını keçərək Sakit okeana doğru uçub. Bundan sonra evakuasiya xəbərdarlığı ləğv edilib.

    Qeyd olunur ki, Yaponiya hakimiyyəti KXDR raketini vurmağa cəhd etməyib.

    Bundan əvvəl Cənubi Koreya KXDR-in gözlənilən hərbi təxribatları barədə məlumat vermişdi. Cənubi Koreya parlamentinin deputatı Yo Sanq-Bumun sözlərinə görə, Şimali Koreya hərbi təxribatlara, o cümlədən Cənubi Koreya, ABŞ və Yaponiyanın üçtərəfli sammiti münasibətilə qitələrarası ballistik raketin buraxılması, eləcə də Ulçi Azadlıq Qalxanı üçün hazırlaşır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR