İsveç hakimiyyəti dini kitabların yandırılmasını qadağan etməkdə Danimarkanın ardınca getməyi planlaşdırmır, çünki bu, krallığın konstitusiyasına düzəlişlər edilməsini tələb edir. Bunu İsveçin baş naziri Ulf Kristersson deyib, onun sözlərini SVT kanalı sitat gətirir.
Danimarkanın ədliyyə naziri Peter Hummelgaard ərəfəsində hökumətin dini kitabların yandırılmasını qadağan etməyi planlaşdırdığını bildirib.
"Kəskin təhdidlərə məruz qalan hər bir ölkə onlarla mübarizə aparmaq üçün öz yolunu seçir", - İsveçin baş naziri deyib.
Eyni zamanda o vurğulayıb ki, Danimarkanın qərarına böyük hörmətlə yanaşır, lakin İsveç üçün ondan nümunə götürmək konstitusiyaya dəyişiklik etmək demək olardı, ona görə də bu, krallıq üçün ən uyğun yol deyil.
İyunun 28-də Stokholm polisi məscidin yanında Quranın yandırılması ilə nümayişin keçirilməsinə icazə verib.
İsveçin baş naziri Ulf Kristersson qərarın "qanuni, lakin yersiz" olduğunu deyib.
Müsəlmanların Qurban bayramının ilk günündə bir nəfər Qurani-Kərimin səhifələrini qoparıb, ayaqqabılarını onlarla silib və yandırıb. Eyni zamanda aksiyanı 200-ə yaxın insan izləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.