Ermənistanın baş naziri cümə günü Fransanın yeni səfirini qəbul edib. Görüşün əsas mövzularından biri də ikitərəfli əlaqələrin inkişafı olub.
Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda Fransanın bu ölkədəki yeni səfiri Olivye Dekotini ilə görüşüb.
Avqustun 25-də keçirilən söhbət zamanı hökumət başçısı fransalı diplomatı vəzifəyə başlaması münasibətilə təbrik edib və onun fəaliyyətinin İrəvan ilə Paris arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
Paşinyan Ermənistanın Fransa ilə əlaqələrini genişləndirməkdə maraqlı olduğunu da qeyd edib.
Səfir öz növbəsində ikitərəfli əlaqələrin inkişafına hər cür səy göstərəcəyini bildirib.
Görüşdə həmçinin iqtisadiyyat sahəsində əməkdaşlıq, o cümlədən investisiya proqramları və Fransa şirkətlərinin Ermənistan bazarına daxil olması məsələləri müzakirə olunub.
Bundan əlavə, tərəflər qarşılıqlı maraq doğuran digər mövzuları da müzakirə ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.