AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə prezidenti ABŞ-a səfər edəcək

  • + A
  • - A
  • 28-08-2023, 12:47

    Türkiyə prezidenti ABŞ-a səfər edəcək

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün ABŞ-a səfər edəcək. Azadmedia.az “Star” qəzetinə istinadla xəbər verir ki, səfər sentyabrın 17-21-də baş tutacaq.

    Məlumata görə, Türkiyə prezidenti BMT Baş Assambleyasında dünya liderləri qarşısında çıxış edəcək. Türkiyə liderinin islamafobiya, qaçqınların vəziyyəti, iqlim dəyişikliyi, Kipr problemi və digər mövzularda mühüm mesajlar verəcəyi gözlənilir.

    Xatırladaq ki, Baş Assambleya 1945-ci ildə yaradılıb və təşkilatın bütün 193 üzvünün daxil olduğu BMT-nin əsas məşvərətçi, siyasi və nümayəndəli orqanıdır. Assambleyanın əsas sessiyası hər il sentyabr-dekabr aylarında keçirilir.

    Bundan əlavə, sentyabrda Türkiyə prezidenti G20 liderlərinin sammitində iştirak edəcək. Sammitdə ikitərəfli əlaqələrlə yanaşı, regional və qlobal problemlər də müzakirə olunacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR