Ağdam-Xankəndi yolundan istifadə Qarabağa zəruri yüklərin daşınması üçün davamlı həll yoludur. Azadmedia.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin bəyanatında deyilir.
“Təchizat üçün Ağdam yolundan istifadə ani və gündəlik əsas ehtiyacları ödəmək üçün konkret və davamlı həllin bir hissəsi ola bilər. Bu qərarın müzakirəsi Azərbaycan və Ermənistan liderlərinin 2023-cü il iyulun 15-də Brüsseldə keçirilən sonuncu görüşündən sonra başlayıb”, - Mişel bildirib.
O, bu baxımdan Bakı ilə Qarabağda yaşayan erməni əhalisi arasında dialoqun böyük əhəmiyyət kəsb edəcəyini də vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.