AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paşinyan Türkiyə ilə münasibətlərin normallaşdırılmasının vacibliyini vurğulayıb

  • + A
  • - A
  • 3-09-2023, 20:21

    Paşinyan Türkiyə ilə münasibətlərin normallaşdırılmasının vacibliyini vurğulayıb

    Nikol Paşinyan bildirib ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması İrəvan üçün çox vacibdir. O, bunun bütün regiona fayda verəcəyini vurğulayıb.
    Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılmasını vacib hesab edir. Azadmedia.az xəbər verir ki, bu sözləri “La Repubblica”ya müsahibəsində baş nazir Nikol Paşinyan deyib.

    "Bu, Ermənistan üçün çox vacib məsələdir. Ankaraya səfərim zamanı və Türkiyə prezidenti ilə təmaslar nəticəsində məndə belə bir təəssürat yarandı ki, Ankara üçün də Ermənistanla münasibətləri normallaşdırmaq vacibdir. Bu prosesdə imkanlar və çətinliklər hər ikisi var", - hökumət başçısı bildirib.
    Onun sözlərinə görə, İrəvanla Ankara arasında nizamlanma Cənubi Qafqazda gərginliyi azaldacaq.

    Bundan əlavə, Ermənistanın baş naziri vurğulayıb ki, hakimiyyət bu prosesi Ermənistan-Azərbaycan nizamlanması ilə əlaqələndirmir:

    “Biz Ermənistan-Türkiyə münasibətlərini Ermənistan-Azərbaycan münasibətləri ilə bağlamırıq, baxmayaraq ki, Azərbaycan və Türkiyə əlaqə yaratmaq və bu barədə daim danışmaq istəyirlər”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR