Çərşənbə axşamından Ağdamdan Xankəndinə gedən yolda erməni əhalisi üçün ərzaq olan avtomobillər dayanıb. Onlara yük maşınları on tonlarla unu çatdırmalıdır.
Xankəndinin erməni sakinləri üçün nəzərdə tutulan ərzaq karvanı bir həftəyə yaxındır ki, Ağdam-Əsgəran-Xankəndi yolunda dayanır.
Xatırıadaq ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşəbbüsü ilə 40 ton un yüklənmiş avtomobillər yola salınıb.
Yük maşınları Bakıdan yola düşüb və avqustun 29-da hələ də yerləşdikləri Rusiya sülhməramlı kontingentinin postuna gəliblər.
Təşkilat nümayəndələri və könüllülər çadırlarda gecələyirlər. Onlar un məmulatları Xankəndinin erməni sakinlərinə çatdırana qədər orada qalacaqlarını bildiriblər.
Bundan əvvəl bildirilmişdi ki, Xankəndində yaraqlı millətçilər erməni sakinlərini ərzaqla təmin etmək üçün Azərbaycan mənşəli məhsulları qəbul etməkdən imtina edirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.