AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tərk edilmiş Metsamor: Ermənistan enerjisinin qocalmış ürəyi

  • + A
  • - A
  • 3-09-2023, 20:32

    Tərk edilmiş Metsamor: Ermənistan enerjisinin qocalmış ürəyi

    Ermənistanda Metsamordan danışmaq adət deyil. Turist xəritələrində yoxdur və qapalı statusa malik olduğu üçün şəhərin özünü ziyarət etmək arzuolunmaz sayılır. Bölgədəki yeganə AES-in yanında qocalmağa məhkum Metsamor sanki təyyarələrin uçmadığı, qatarların getmədiyi bir yerdir. Atom elektrik stansiyasının kölgəsində olan şəhər - yerli əhali onu belə adlandırır.
    Metsamor Ermənistanın Armavir vilayətində 1969-cu ildə tikintisinə elə həmin ildə başlanmış Metsamor Atom Elektrik Stansiyasının işçiləri üçün müvəqqəti yaşayış məntəqəsinin yerində salınan kiçik şəhərcikdir. 1972-ci ildə işçi qəsəbəsi, 1992-ci ildə şəhər statusu almışdır. Metsamorun baş memarı Martin Mikaelyan erməni energetiklərinin şəhərinin sözsüz ki, sürətlə genişlənəcəyinə inanaraq onu qeyri-adi şəkildə tikib. Ona görə də əvvəlcə bələdiyyə qurumları, sonra abadlıq ucqarları, ən sonda isə mədəniyyət mərkəzi tikildi.

    Təsadüfi turistlər üçün erməni modernizminin bu abidəsi həmişəlik donmuş vəziyyətdədir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR