Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfərə gedib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində Azərbaycan-Macarıstan strateji dialoqunun ilk iclasının keçirilməsi, Macarıstanın xarici işlər və ticarət naziri Peter Szijarto və digər yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərin keçirilməsi planlaşdırılır.
Səfər çərçivəsində nazir Ceyhun Bayramov Macarıstanın diplomatik missiya rəhbərlərinin konfransında da çıxış edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.